...

Almaniyada yaşayan soydaşlarımız Berlində etiraz aksiyası keçirəcək

Siyasət Materials 6 İyul 2017 17:33 (UTC +04:00)
Almaniyada yaşayan soydaşlarımız Berlində etiraz aksiyası keçirəcək.
Almaniyada yaşayan soydaşlarımız Berlində etiraz aksiyası keçirəcək

Bakı. Trend:

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribatı nəticəsində dinc sakinlər Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, Sərvinaz Quliyevanın isə yaralanmasına etiraz olaraq, Almaniyada yaşayan soydaşlarımız Berlində aksiya keçirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiya iyulun 8-də saat 14.00-da Berlində, Brandenburq qapılarının qarşısında baş tutacaq.

Mitinqdə Berlində və digər şəhərlərdə yaşayan soydaşlarımız, diaspor təşkilatlarının təmsilçiləri, türk və digər xalqların icmalarının nümayəndələrinin iştirakı gözlənilir. Aksiya iştirakçıları Berlin sakinlərinin və qonaqların diqqətini erməni vəhşiliklərinə yönəltmək məqsədilə müxtəlif şüarlar səsləndirəcək, sonda Almaniyanın rəsmi qurumlarına müraciət qəbul ediləcək.

Etiraz aksiyası Almaniya Azərbaycan Evi, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi və Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti