...

Qazaxıstanın azərbaycanlı gəncləri ermənilərin son təxribatı ilə bağlı BMT və ATƏT-ə müraciət edib

Siyasət Materials 6 İyul 2017 17:38 (UTC +04:00)
Qazaxıstanın azərbaycanlı gəncləri BMT və ATƏT-ə müraciət ediblər.
Qazaxıstanın azərbaycanlı gəncləri ermənilərin son təxribatı ilə bağlı BMT və ATƏT-ə müraciət edib

Bakı. Trend:

Qazaxıstanın Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində mülki şəxslərin öldürülməsi ilə bağlı BMT və ATƏT-ə müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, müraciətdə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatı pislənilib.

Eyni zamanda, baş verən hadisənin beynəlxalq birlik və xaricdəki azərbaycanlılar tərəfindən narahatlığa səbəb olduğu vurğulanaraq bildirilib ki, Qazaxıstandakı Azərbaycan diasporu bu hadisəni insanlıq əleyhinə yönəlmiş dəhşətli cinayət hesab edir.

Müraciətin sonunda Gənclər təşkilatının nümayəndələri BMT və ATƏT rəsmilərini baş verən hadisəyə biganə qalmamağa və Ermənistanın bu əməllərinə sərt reaksiya verməyə çağırıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti