...

Misir Yazıçılar Birliyi: 2 yaşlı Zəhranın öldürülməsi insanlıq əleyhinə qəddarlıqdır

Siyasət Materials 6 İyul 2017 18:21 (UTC +04:00)
Misirin Yazıçılar Birliyinin sədri doktor Alə Əbdül Hədi 2 yaşlı Zəhranın öldürülməsini insanlıq əleyhinə qəddarlıq adlandırıb.
Misir Yazıçılar Birliyi: 2 yaşlı Zəhranın öldürülməsi insanlıq əleyhinə qəddarlıqdır

Bakı. Trend:

Misirin Yazıçılar Birliyinin sədri doktor Alə Əbdül Hədi 2 yaşlı Zəhranın öldürülməsini insanlıq əleyhinə qəddarlıq adlandırıb.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, Alə Əbdül Hədi iyulun 4-də erməni silahlı qüvvələrinin törətdiyi qanlı hadisə nəticəsində 2 yaşlı Zəhranın qətlə yetirilməsini qətiyyətlə pislədiyini bildirib.

O, heç bir insanın buna izah verə bilmədiyini, bu hadisənin insanlıq əleyhinə qəddarlıq və vəhşilik olduğunu vurğulayıb.

Alə Əbdül Hədi bu hadisəni dünyanın bütün sülhpərvər qüvvələrini qınamağa çağırıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti