...

Ermənilərin Alxanlıdakı törətdiyi təxribat Gürcüstan mediasının gündəmində

Siyasət Materials 7 İyul 2017 15:45 (UTC +04:00)
Gürcüstanın newpress.ge və nsp.ge saytları Ermənistan ordusunun iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribat və qanlı cinayətlərlə bağlı xəbərlər yayıb.
Ermənilərin Alxanlıdakı törətdiyi təxribat Gürcüstan mediasının gündəmində

Bakı. Trend:

Gürcüstanın newpress.ge və nsp.ge saytları Ermənistan ordusunun iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribat və qanlı cinayətlərlə bağlı xəbərlər yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Borçalı irəli” İctimai Birliyi tərəfindən bu saytlara ünvanlanan materiallarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması bildirilir. Qeyd olunur ki, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb, eyni zamanda, mülki obyektlərə zərər yetirilib.

Materiallarda Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi əksini tapıb. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti