...

Samir Şərifov: Beynəlxalq ictimaiyyət Ermənistanın hərbi təxribatına reaksiya verməlidir

Siyasət Materials 7 İyul 2017 21:32 (UTC +04:00)
Beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ, Ermənistanın hərbi təxribatına reaksiya verməlidir
Samir Şərifov: Beynəlxalq ictimaiyyət Ermənistanın hərbi təxribatına reaksiya verməlidir

Bakı. Yelena Kosolapova - Trend:

Beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ, Ermənistanın hərbi təxribatına reaksiya verməlidir. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bu gün ABŞ-ın Müstəqillik Günü ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın torpaqları 25 ildir Ermənistanın işğalı altında qalır.

Şərifov qeyd edib ki, qəbul olunmuş BMT qətnamələrinin çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması şübhəsiz regionun çiçəklənməsinə səbəb olacaq.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti