...

Çinin məşhur xəbər agentliyi Azərbaycanın təşəbbüskarı olduğu İpək Yoluna Dəstək Qrupundan yazdı

Siyasət Materials 10 İyul 2017 22:56 (UTC +04:00)
Çinin ən böyük xəbər agentliyi "Sinhua" ATƏT PA-da yaradılan İpək Yoluna Dəstək Qrupunun (SRG) fəaliyyəti barədə məlumat yayıb.
Çinin məşhur xəbər agentliyi Azərbaycanın təşəbbüskarı olduğu İpək Yoluna Dəstək Qrupundan yazdı

Bakı. Trend:

Çinin ən böyük xəbər agentliyi "Sinhua" ATƏT PA-da yaradılan İpək Yoluna Dəstək Qrupunun (SRG) fəaliyyəti barədə məlumat yayıb.

Agentliyin bu gün yaydığı məlumatda bildirilir ki, ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu yaradılıb və qrupun yaradılmasının təşəbbüskarı Azərbaycandır. 17 ölkənin təsisçisi olduğu bu böyük qrupa yaxın gələcəkdə daha 3 ölkənin qoşulacağı gözlənilir.

Trend-in məlumatına görə, "Sinhua" agentliyinin yaydığı xəbərdə deyilir: “ATƏT PA-nın vitse prezidenti, Azərbaycandan olan parlamentari Azay Quliyev qrupun yaradılması məqsədlərinə toxunaraq bildirib ki, bu layihə qarşılıqlı iqtisadi və ticari əlaqələr üçün böyük platforma olacaq. Bu platforma qarşısında nəqliyyat dəhlizlərinin genişləndirilməsi, ticari və daşınma prosedurlarının sadələşdirilməsi, məhsulların, malların, xidmətlərin, investisiyaların azad və təhlükəsiz hərəkətinin inkişaf etdirilməsi tələbləri qoyulub.

Azay Quliyev ona diqqət çəkib ki, "İpək yolunun iqtisadi zolağı” – böyük miqyaslı layihədir və bura qoşulan ölkələr onun uğurla inkişafında maraqlıdılar. "Biz parlamentarilər əlimizdən gələni əsirgəməməliyik ki, ölkələrimiz əməkdaşlıq etsinlər”, - deyə ATƏT PA-nın vitse-prezidenti deyib.

"Sinhua" agentliyinin məlumatında o da qeyd olunur ki, A.Quliyev bildirib: "İpək Yoluna Dəstək Qrupu istənilən halda Çinlə əməkdaşlıq edəcək. Baxmayaraq ki, Çin ATƏT PA-nın işində iştirak etmir, bu ölkə bir çox ATƏT PA üzv dövlətlərinin strateji tərəfdaşıdır və İpək Yolu ilə bağlı böyük layihənin təşəbbüskar və sərmayəçisidir".

A.Quliyev ehtimal edir ki, İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək ilk birgə toplantısına Çin dəvət ediləcək və həmin toplantıda bu ölkənin təklif və fikirlərini dinləmək mümkün olacaq".

Xatırladaq ki, ATƏT PA-nın 26-cı yay sessiyası Minsk şəhərində keçirilib. Bu sessiya İpək Yoluna Dəstək Qrupunun yaradılması ilə yadda qalıb. Qrupun təşəbbüskarı Azərbaycandır və daha 16 dövlət təsisçi kimi çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti