...

Nazir: Azərbaycan-Rumıniya münasibətləri strateji əməkdaşlıq səviyyəsinə çatıb

Siyasət Materials 13 İyul 2017 17:32 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Rumıniya xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı rumıniyalı həmkarına təbrik məktubu göndərib.
Nazir: Azərbaycan-Rumıniya münasibətləri strateji əməkdaşlıq səviyyəsinə çatıb

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Rumıniya xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı rumıniyalı həmkarına təbrik məktubu göndərib.

XİN-dən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov ötən 25 ildə ikitərəfli münasibətlərin davamlı olaraq inkişaf etdiyini və hazırda əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və xalqlararası sahələrdə genişləndiyini bildirib. Nazir bu gün Rumıniya və Azərbaycan arasında mövcud çoxşaxəli əməkdaşlığın mütəmadi olaraq genişlənən və dərinləşən möhkəm özülə əsaslandığını qeyd edib.

E.Məmmədyarov strateji əməkdaşlıq səviyyəsinə çatmış ikitərəfli münasibətlərin hazırki statusundan razılığını ifadə edib. Nazir strateji əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutan Birgə Fəaliyyət Planının qarşılıqlı maraq doğuran bütün sahələrdə, eyni zamanda siyasi, beynəlxalq təhlükəsizlik, iqtisadi və enerji sahələrində əməkdaşlığı gücləndirmək üçün konkret addımları əks etdirən əsas sənəd olduğunu bildirib. E.Məmmədyarov sözügedən addımlar arasında siyasi əlaqələrin inkişafının strateji tərəfdaşlığın dərin və hərtərəfli inkişafını təmin etmək üçün əsas prioritet olduğunu qeyd edib.

Nazir həmçinin, Rumıniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən davamlı və prinsipial mövqeyini yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Rumıniya xarici işlər naziri Teodor Meleşkanu isə E.Məmmədyarova ünvanladığı məktubunda 1991-ci il 11 dekabr tarixində Rumıniyanın Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu vurğulayaraq, həmin tarixdən etibarən iki ölkə arasında əlaqələrin davamlı inkişaf etdiyini bildirib.

T.Meleşkanu Rumıniya və Azərbaycan arasında Strateji Əməkdaşlığın yaradılmasına dair 2009-cu il Bəyannaməsinin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini və bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün əsas yaratdığını qeyd edib.

Həmçinin T.Meleşkanu iki ölkə arasında müsbət əməkdaşlığın və qarşılıqlı faydalı dialoqun Azərbaycan və Rumıniyanın rifahı naminə gələcək illərdə genişlənəcəyinə əminliyin ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti