...

Baş nazirin müavini: Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir (ÖZƏL)

Siyasət Materials 15 İyul 2017 17:30 (UTC +04:00)
Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir.
Baş nazirin müavini: Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir.

Bunu Trend-ə özəl olaraq, Türkiyənin Baş nazirinin müavini Nurəddin Canikli deyib.

O bildirib ki, dövlət çevrilişinə cəhddən sonra bir çox ölkələr FETÖ terror təşkilatının regional və qlobal təhlükəsini anladılar.

O eyni zamanda, qeyd edib ki, son dövrlərdə bir sıra ölkələrdə dərk etməyə başladılar ki, Gülən hərəkatı o ölkələrdə də daxili sabitliyə və əmin-amanlığa təhlükədir:

"Bunu nəzərə alaraq, FETÖ ilə mübarizə təkcə Türkiyə tərəfindən deyil, birgə aparılmalıdır. Bizə dost, qardaş ölkə olan Azərbaycan bu reallıqları anlayır. Biz Azərbaycan dövlətinə və xalqına FETÖ ilə mübarizədə göstərdiyi dəstəyə görə minnətdarıq".

O əlavə edib ki, dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın Türkiyəyə və türk xalqına dəstəyi xalqlarımız arasındakı həmrəyliyin və qardaşlığın bariz nümunəsidir.

Baş nazirin müavini vurğulayıb: "Türkiyə çalışır ki, Ermənistanın Azərbaycan torpaqlarını - Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etməsini, həmçinin bu işğalda insanlığa qarşı törətdiyi cinayətləri bütün dünya bilsin".

Onun sözlərinə görə, Azərbaycanda FETÖ-nun təhsil müəssisələri və media qurumlarının bağlanması Azərbaycanda Türkiyədə baş verən hadisələrə qarşı nə qədər diqqətlə yanaşmasının növbəti sübutudur.

Baş nazirin müavini bildirib ki, 15 iyulda Türkiyə nəticədə ölkədə hakimiyyətini ələ keçirməyi planlaşdıran terror aktı ilə üzləşdi:

"Hazırda Fətullah Gülənin başçılıq etdiyi teror təşkilatının tamamilə aradan qaldırılması üzrə işlər davam etdirilir".

Nurəddin Canikli qeyd edib ki, çox təəssüf ki, özünü "ümumdünya imam"ı hesab edən insanın bu terror təşkilatı hələdə Türkiyədən kənarda fəaliyyət göstərir:

"Türkiyə bu qurumla ölkəmizin hüdudlarından kənarda da fəal mübarizə aparır. Türkiyədən kənarda FETÖ-ya qarşı mübarizə ölkənin XİN-nin əlaqələndiriciliyi ilə aparılır. Biz FETÖ-nun onların ölkələri üçün təhlükə daşıdığını öz həmkarlarımıza izah edirik. FETÖ-nun bütün ölkələrdə təxminən eyni üsullardan istifadə etdiyini faktını xarici həmkarlarımıza vurğulayırıq".

Onun sözlərinə görə, öz təhsil müəssisələrində zombiləşmiş adamların dövlət və iqtisadi strukturlarına daxil olması üçün FETÖ istənilən vasitələrdən istifadəni məqbul sayır:

"Şantaj, rüşvət, qanunsuz dinləmə - bu mənfur təşkilatının üsullarının yalnız bir qismidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti