...

Novruz Məmmədov: Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi rəsmi Bakının planlarına daxildir

Siyasət Materials 17 İyul 2017 12:51 (UTC +04:00)
Azərbaycan xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır, Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi rəsmi Bakının planlarına daxildir.
Novruz Məmmədov: Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi rəsmi Bakının planlarına daxildir

Bakı. Trend:

Azərbaycan xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır, Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi rəsmi Bakının planlarına daxildir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib.

N.Məmmədov bildirib: “Azərbaycan xarici siyasətində strateji tərəfdaşlarının, o cümlədən Rusiyanın maraqlarını nəzərə alır. Rusiya yüz illiklərlə əlaqəmiz, yüksək səviyyədə əməkdaşlığımız olan dövlətdir. Bizim planlarımıza Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi daxildir".

Bununla yanaşı prezidentin köməkçisi qeyd edib ki, RF Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi və Rusiya XİN-in Bakıya qarşı bir sıra sərt bəyanatları Azərbaycanda anlaşılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti