...

SORĞU: Azərbaycan Türkiyənin ən etibarlı dostudur

Siyasət Materials 21 İyul 2017 10:33 (UTC +04:00)
Əhalinin 66,5 faizi ABŞ-ı Türkiyə üçün təhdid hesab edir.
SORĞU: Azərbaycan Türkiyənin ən etibarlı dostudur

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin KADİR Has Universitetinin keçirdiyi sorğuya əsasən, ölkə əhalisinin 71,3 faizi Azərbaycanı Türkiyənin ən etibarlı dostu hesab edir.

Trend-in məlumatına əsasən, sorğunun nəticəsinə əsasən, Pakistan bu siyahıda ikinci (2,2 faiz), Qətər isə üçüncü yerdədir (1,9 faiz).

Həmçinin əhalinin 66,5 faizi ABŞ-ı Türkiyə üçün təhdid hesab edir.

8,4 faiz isə Türkiyə üçün heç bir təhlükənin olmadığını düşünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti