...

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər (FOTO)

Siyasət Materials 25 İyul 2017 16:47 (UTC +04:00)
“Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının “Tank biatlonu” müsabiqəsi çərçivəsində iştirak edəcək komandalar və tank heyətlərinin püşkatma mərasimi keçirilib.
Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər (FOTO)

Bakı. Trend:

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının “Tank biatlonu” müsabiqəsi çərçivəsində iştirak edəcək komandalar və tank heyətlərinin püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 29-da yarışların ilk günündə çıxış edəcəklər.

Ümumilikdə “Tank biatlonu” müsabiqəsində 19 ölkədən (Azərbaycan, Anqola, Belarus, Venesuela, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Zimbabve, İran, Çin, Hindistan, Küveyt, Laos, Monqolustan, Nikaraqua, Rusiya, Serbiya, Tacikistan və Uqanda) komanda iştirak edəcək.

Müsabiqənin final estafeti avqustun 12-də yarışların son günü keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti