...

GİN kollektivi ümummilli liderin məzarını ziyarət edib (FOTO)

Siyasət Materials 26 İyul 2017 12:15 (UTC +04:00)
Bu gün Gənclər və İdman Nazirliyinin (GİN) yaranma günü münasibətilə Nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
GİN kollektivi ümummilli liderin məzarını ziyarət edib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Gənclər və İdman Nazirliyinin (GİN) yaranma günü münasibətilə Nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Trend-in məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə bildirib ki, Nazirlik yarandığı 23 il ərzində xeyli işlər görüb: “23 il bundan əvvəl 26 iyul tarixində ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bilavasitə gənclərlə işləyən, gənclər siyasətini tənzimləyən dövlət idarəetmə qurumu yaradıldı və qarşıda böyük vəzifələr qoyuldu - gənc dövlətin gənc nəsli tərbiyə etmək, vətənpərvər gənclik formalaşdırmaq, onların ölkəmizin ictimai-siyasi həyatında, beynəlxalq münasibətlər sistemində iştirakına şərait yaratmaq və s. Ötən 23 il ərzində bu istiqamətdə minlərlə layihələr, tədbirlər həyata keçirilib və bu gün Azərbaycan gəncliyi həm ölkə daxilində, həm beynəlxalq aləmdə elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə yüksək səviyyədə təmsil olunurlar, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar”.

İ.Babayev vurğulayıb ki, Nazirliyin yaradılması bariz nümunədir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri məhz gənclərlə iş və idman siyasətidir: “Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə də bu ənənə davam edir. Bu gün qarşımızda yeni vəzifələr durur”.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti