...

Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

Siyasət Materials 28 İyul 2017 16:22 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən iclasda əvvəlcə MSK-nın 21 iyul 2017-ci il tarixli protokolu təsdiq edilib.

Komissiyanın qərarı ilə 43 saylı Sumqayıt üçüncü və 105 saylı Tovuz seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. Daha sonra cari məsələlərə baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti