...

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi: NATO ilə əməkdaşlığı genişləndirməklə Ermənistan iki cəbhəyə oynamağa çalışır

Siyasət Materials 31 İyul 2017 17:03 (UTC +04:00)
Ermənistanın NATO ilə əməkdaşlığı genişləndirməsi onu göstərir ki, Yerevan iki cəbhə boyunca oynamağa çalışır.
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi: NATO ilə əməkdaşlığı genişləndirməklə Ermənistan iki cəbhəyə oynamağa çalışır

Bakı. Səba Ağayeva - Trend:

Ermənistanın NATO ilə əməkdaşlığı genişləndirməsi onu göstərir ki, Yerevan iki cəbhə boyunca oynamağa çalışır.

Bunu Trend-ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, bu gün Gürcüstanda başlayan və NATO-nun himayəsi altında keçirilən çoxmillətli hərbi təlimlərdə iştirak etməklə Ermənistan Rusiya ilə yanaşı Qərb koalisiyası ilə də münasibətləri qoruyub saxlamağa çalışır: “Məlumdur ki, bu gün bir çox ölkə NATO ilə əməkdaşlığı dəstəkləyir. Biz görürük ki, Gürcüstan tam şəkildə alyansın müttəfiqidir. Azərbaycan, Qazaxıstan, Belarus Qərb koalisiyası ilə sıx münasibətlər saxlayır. Bununla belə, bu ölkələrin heç biri NATO təlimlərində iştirak etmir”.

S.Markov qeyd edib ki, Ermənistan isə Rusiya ilə müttəfiq olduğunu desə də, əslində başqa siyasət, digər sözlə NATO ilə geniş əməkdaşlıq siyasəti yeridir.

Onun sözlərinə görə, Ermənistan öz müttəfiqi qismində Rusiyadan mənafeləri üçün istifadə edir. “Bu yolla da Ermənistan rəhbbərliyi nümayiş etdirir ki, onlar Rusiyanın Azərbaycanla əməkdaşlığından, xüsusilə də Rusiya silahlarının Azərbaycana satışından məmnun deyil”.

Qeyd edək ki, bu gün Gürcüstanda NATO-nun “Layiqli tərəfdaş-2017” çoxmillətli hərbi təlimləri start götürüb. Bu təlimlərdə erməni hərbçiləri də iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti