...

Azərbaycan və Makedoniya siyasi məsləhətləşmələr keçirəcək

Siyasət Materials 2 Avqust 2017 11:37 (UTC +04:00)
Azərbaycan və Makedoniya siyasi və iqtisadi əməkdaşlığın inkişafı və genişləndirilməsi məqsədilə siyasi məsləhətləşmələr keçirmək niyyətindədir.
Azərbaycan və Makedoniya siyasi məsləhətləşmələr keçirəcək

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan və Makedoniya siyasi və iqtisadi əməkdaşlığın inkişafı və genişləndirilməsi məqsədilə siyasi məsləhətləşmələr keçirmək niyyətindədir.

Trend-in Makedoniya XİN-ə istinadən verdiyi məlumata görə, bu barədə razılaşma Makedoniyanın xarici işlər naziri Nikola Dimitrovun Azərbaycanın Makedoniyada akkreditə olunan Ankaradakı səfiri Faiq Bağırovla görüşü zamanı əldə edilib.

Görüş zamanı iki ölkə arasında əməkdaşlıq üzrə bir sıra məsələlər müzakirə edilib. Makedoniyalı nazir iqtisadi əməkdaşlığın fəallaşdırılmasının vacibliyini vurğulayıb.

Azərbaycanlı səfir öz növbəsində, N.Dimitrova Azərbaycan xarici işlər nazirinin dəvətini çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti