...

Nümayəndəliyin rəhbəri: UNICEF uşaqların sosial müdafiəsi sisteminin yaradılmasında Azərbaycan hökumətini dəstəkləyəcək

Siyasət Materials 3 Avqust 2017 08:03 (UTC +04:00)
UNICEF-in Azərbaycanda fəaliyyətinin əsas istiqaməti ona yönəlib ki, bütün uşaqlar son illər əldə olunan tərəqqinin nəticələrindən bəhrələnə bilsin
Nümayəndəliyin rəhbəri: UNICEF uşaqların sosial müdafiəsi sisteminin yaradılmasında Azərbaycan hökumətini dəstəkləyəcək

Bakı. Trend:

UNICEF-in Azərbaycanda fəaliyyətinin əsas istiqaməti ona yönəlib ki, bütün uşaqlar son illər əldə olunan tərəqqinin nəticələrindən bəhrələnə bilsin.

Bunu Trend-ə müsahibəsində UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda təhsil təkmilləşib, böyük islahatlar həyata keçirilib, ixtisaslaşdırılmış müəssisələrdə yaşayan uşaqların sayı əhəmiyyətli dərəcədə azalıb: “Biz həmçinin çalışırıq ki, aztəminatlı ailələrdən olan uşaqların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsinə kompleks şəkildə yanaşaq. Son illərdə Azərbaycanda böyük iqtisadi inkişaf müşahidə olunur, dövlət aztəminatlı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məsələsini diqqət altında saxlayır”.

O qeyd edib ki, Azərbaycanda ünvanlı sosial yardım sistemi mövcuddur, amma əmin olmaq lazımdır ki, bu yardımı həqiqətən də ehtiyacı olan adamlar alır. “Söhbət təkcə maliyyə dəstəyindən getmir. Bu kateqoriyaya aid bəzi ailələrdə məşğulluq, əlil uşaqları olan valideynlərə yardım və bu kimi problemləri həll etmək lazımdır. Biz bu cür ailələr axtarıb tapacaq və qayğılarına qalınması üçün zəruri qurumlara aparacaq sosial işçilərin sayını artırmalıyıq”.

E.Karvardin vurğulayıb ki, bu məsələdə əsas məsuliyyət yerli idarəetmə orqanlarının üzərinə düşür: “Mən dəfələrlə Azərbaycanın rayonlarında yerli idarəetmə orqanlarının əməkdaşları ilə görüşmüşəm və onların bu cür problemləri nə dərəcədə yaxından anladıqlarına heyran qalmışam. Əminəm ki, birgə səylərlə biz bu sahədə vacib addımlar atacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti