...

Elmar Məmmədyarov İtaliyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 22 Avqust 2017 14:46 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Auqusto Massarini qəbul edib.
Elmar Məmmədyarov İtaliyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Auqusto Massarini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib. E.Məmmədyarov Auqusto Massarini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb. O, həmçinin, TAP layihəsinin İtaliya ərazisində tikintisi ilə bağlı görülən işlərin son vəziyyətinə dair nazirə məlumat verib.

Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti