...

Sudanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb (FOTO)

Siyasət Materials 23 Avqust 2017 14:26 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Sudanın Azərbaycandakı səfirini qəbul edib.
Sudanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed əl-Haqı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfir Mohamed Elias Mohamed əl-Haq diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bu dövr ərzində iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Görüşdə bu il Azərbaycan və Sudan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xüsusilə vurğulanıb.

E.Məmmədyarov Azərbaycan və Sudan arasında ikitərəfli, həmçinin müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfələrinə görə səfirə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti