...

Mövlud Çavuşoğlu "Qarabağ"ı təbrik etdi

Siyasət Materials 25 Avqust 2017 14:11 (UTC +04:00)
Mövlud Çavuşoğlu Azərbaycanın "Qarabağ" futbol klubunu Çempionlar Liqasına çıxması münasibətilə təbrik edib.
Mövlud Çavuşoğlu "Qarabağ"ı təbrik etdi

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın "Qarabağ" futbol klubunu Çempionlar Liqasına çıxması münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb:

"Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" futbol komandasını təbrik edirik".

"Qarabağ"ın Çempionlar Liqasındakı oyunlarının VAXTI

"Qarabağ"ın Çempionlar Liqasındakı oyunlarının VAXTI

Qeyd edək ki, "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti