...

Çavuşoğlu: Sentyabrın sonunda Türkiyə prezidenti Azərbaycana səfər edəcək (FOTO)

Siyasət Materials 6 Sentyabr 2017 11:45 (UTC +04:00)
Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ikitərəfli və regional əməkdaşlığı müzakirə edir
Çavuşoğlu: Sentyabrın sonunda Türkiyə prezidenti Azərbaycana səfər edəcək (FOTO)

Bakı. Trend:

Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ikitərəfli və regional əməkdaşlığı müzakirə edir.

Trend-in məlumatına görə, görüş Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü çərçivəsində keçirilir.

M.Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayının sonunda, BMT Baş Assambleyasında iştirak etdikdən sonra Bakıya səfər edəcəyini bildirib.

Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir. Görüşün gündəliyinə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti