...

İran Azərbaycanla birgə hökumətlərarası komissiyaya yeni həmsədr təyin edib

Siyasət Materials 7 Sentyabr 2017 16:42 (UTC +04:00)
İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının yeni həmsədri təyin olunub
İran Azərbaycanla birgə hökumətlərarası komissiyaya yeni həmsədr təyin edib

Bakı. Azad Həsənli - Trend:

İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının yeni həmsədri təyin olunub.

Bunu Trend-ə İranın Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Rza Nəcəfi deyib.

O qeyd edib ki, bu qərar İran hökumətinin tapşırığı ilə qəbul edilib.

Bundan əvvəl, hökumətlərarası komissiyanın İran tərəfdən həmsədri ölkənin rabitə və texnologiyaları naziri Mahmud Vaezi idi. Hazırda o, İran Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışır.

Qeyd edək ki, hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir.

Xəbər lenti

Xəbər lenti