...

Azərbaycanın Rohingya müsəlmanlarına göndərdiyi humanitar yardım ünvana çatdırılıb (FOTO, VİDEO)

Siyasət Materials 10 Sentyabr 2017 00:03 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən sentyabrın 8-də axşam saatlarında 100 ton humanitar yardım göndərilib
Azərbaycanın Rohingya müsəlmanlarına göndərdiyi humanitar yardım ünvana çatdırılıb (FOTO, VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən sentyabrın 8-də axşam saatlarında 100 ton humanitar yardım göndərilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilmış gündəlik tələbat malları və ərzaq məhsullarından ibarət humanitar yardım sentyabrın 9-u Dəkkə Həzrət Şahcəlal Beynəlxalq aeraportunda Banqladeş hökümətinin nümayəndələrinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti