...

Prezident İlham Əliyev AŞ PA Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 14 Sentyabr 2017 16:08 (UTC +04:00)
Prezident İlham Əliyev AŞ PA Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib.
Prezident İlham Əliyev AŞ PA Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanması münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdılar və bunu böyük tarixi hadisə kimi qiymətləndirdilər.

Prezident İlham Əliyev imzalanan Saziş, tərəfdaşlar və “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında aparılan işlərdən danışdı.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti