...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şirvan şəhərində inşa edilən uşaq bağçası istifadəyə verilib (FOTO)

Siyasət Materials 15 Sentyabr 2017 21:06 (UTC +04:00)
“Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihəsi çərçivəsində tikilən 100 yerlik uşaq bağçası istifadəyə verilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şirvan şəhərində inşa edilən uşaq bağçası istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 15-də Şirvan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihəsi çərçivəsində tikilən 100 yerlik uşaq bağçası istifadəyə verilib.

Fonddan Trend-ə verilən məlumata görə, ikimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb.

Təhsil ocağında altı qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun özünün məşğələ, oyun, kompüter, yataq otaqları və yeməkxanası var. Müasir tələblər əsasında inşa edilən bağça havalandırma sisteminə malikdir, yeni avadanlıq və inventarla təchiz edilib. Həyətdə abadlıq, yaşıllaşdırma işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti