...

Azərbaycan və Pakistan HHQ arasında hərbi əməkdaşlıq müzakirə olunub (FOTO)

Siyasət Materials 20 Sentyabr 2017 18:41 (UTC +04:00)
iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan və Pakistan HHQ arasında hərbi əməkdaşlıq müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib, gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Aviasiya Marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti