...

Komitə sədri: Azərbaycan kifayət qədər valyuta ehtiyatlarına malikdir

Siyasət Materials 22 Sentyabr 2017 16:57 (UTC +04:00)
Azərbaycan bu gün kifayət qədər valyuta ehtiyatlarına malikdir.
Komitə sədri: Azərbaycan kifayət qədər valyuta ehtiyatlarına malikdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan bu gün kifayət qədər valyuta ehtiyatlarına malikdir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansın sessiya iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq borcalan ölkədən borc verən ölkəyə çevrilib.

AÇG layihəsi üzrə sazişin 2050-ci ilədək uzadılmasına toxunan Z.Səmədzadə qeyd edib ki, bu, Azərbaycana yeni gəlirlər gətirəcək.

Z.Səmədzadə qeyd edib ki, Azərbaycanın dövlət büdcəsinin xərcləri ÜDM-dən xeyli yüksəkdir.

Komitə sədri əlavə edib ki, bu gün dövlət büdcəsindən səhiyyə sahəsinə məqsədli proqramlar üzrə vəsaitlər ayrılır: “Bu gün dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclərin 45-47 faizi məqsədli proqramlar üzrədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti