...

Elmar Məmmədyarov Belçika və Malayziyanın xarici işlər nazirləri ilə görüşüb

Siyasət Materials 23 Sentyabr 2017 13:16 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Belçika və Malayziyanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Elmar Məmmədyarov Belçika və Malayziyanın xarici işlər nazirləri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Belçikanın Xarici İşlər Naziri Didye Reynders və Malayziyanın Xarici İşlər Naziri Dato' Sri Anifah Aman ilə ikitərəfli görüşlər keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, keçirilmiş görüşlərdə müvafiq olaraq ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olundu məmnunluq ifadə edilib.

Ölkələrimiz arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub və BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti