...

Deputatdan İRAD: Şagirdlər idman dərslərindən yayınırlar

Siyasət Materials 27 Sentyabr 2017 08:00 (UTC +04:00)
Orta məktəb şagirdləri idman dərslərinə laqeyid yanaşırlar və bu dərslərə ümumiyyətlə getmirlər.
Deputatdan İRAD: Şagirdlər idman dərslərindən yayınırlar

Bakı. Elçin Mehdiyev - Trend:

Orta məktəb şagirdləri idman dərslərinə laqeyd yanaşırlar, əksər hallarda isə bu dərslərə ümumiyyətlə getmirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev deyib.

N.Həmzəyev bildirib ki, bu məsələ ilə bağlı Gəncədə böyük irəliləyiş var: “Ancaq digər rayonlarda bu, ciddi problemdir, gənclərimiz oturaq həyat tərzi keçirirlər. Nəticədə bizdə potensial xəstələr yetişir. Bunlar idman dərslərinə gəlmirlər və yaxud hər hansı bir idman dərnəklərində fəaliyyət göstərmirlər”.

N.Həmzəyev Təhsil Nazirliyi və aidiyyatı qurumlarla məsələnin müzakirə edilməsinin vacibliyini qeyd edib: “Bu məsələni müzakirə edib monitorinqlər həyata keçirmək lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti