...

Deputat: Azərbaycanın inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Siyasət Materials 28 Sentyabr 2017 10:40 (UTC +04:00)
Azərbaycanın inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Deputat: Azərbaycanın inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması bir daha göstərir ki, ölkəmizin inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Millət vəkili qeyd edib ki, Azərbaycanın MDB-də liderliyini qoruması, İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə qabaqlaması sübut edir ki, respublikamız rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəyə çevrilib:

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsində iqtisadiyyat liberallaşdırılır, şaxələndirilir. Bunun nəticəsi olaraq, kiçik və orta sahibkarlıq inkişaf edir, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisi getdikcə artır, ölkə iqtisadiyyatına daha çox daxili və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə imkanlar yaradılır".

S.Vəliyeva əmin olduğunu deyib ki, Azərbaycan bundan sonra da dinamik inkişafını davam etdirərək, beynəlxalq hesabatlarda irəliləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti