...

Azay Quliyev: Sosial şəbəkələrdə təhlükəli dini məlumatların yayılmasına qarşı effektiv tədbirlər görülmür

Siyasət Materials 28 Sentyabr 2017 11:40 (UTC +04:00)
Belə halların aradan qaldırılmasında QHT-lər xüsusi rol oynaya bilər
Azay Quliyev: Sosial şəbəkələrdə təhlükəli dini məlumatların yayılmasına qarşı effektiv tədbirlər görülmür

Bakı. İlhamə İsabalayeva - Trend:

"İnsanların kifayət qədər dini savadı olsa, xürafata meyl də olmaz. Amma etiraf edək ki, bu gün kifayət qədər dini savadı olan insanlarımızın sayı çox deyil. Ona görə də yaxşı olardı ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və QHT-lərə Dövlət Dəstəyi Şurası birgə açıq müzakirələr keçirsin".

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda keçirilən konfransda deyib.

A.Quliyev qeyd edib ki, bəzi mollalar məclis aparanda çox yanlış məlumatlar verirlər. Belə halların aradan qaldırılmasında QHT-lər xüsusi rol oynaya bilər:

"Açıq müzakirələrdə hər bir vətəndaş da iştirak edə bilər. Digər məqam isə sosial şəbəkələrdə dini məsələlərlə bağlı təhlükəli məlumatların yayılmasına qarşı effektiv tədbirlərin görülməməsidir. Bəzi saytlar yanlış məlumat yayır, hətta terroru təbliğ edirlər. Bununla mübarizə işini yalnız hüquq-mühafizə orqanlarının üzərinə qoymalı deyilik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti