...

Vüqar Rəhimzadə: Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi ölkəmizdə aparılan uğurlu islahatların göstəricisidir

Siyasət Materials 28 Sentyabr 2017 14:00 (UTC +04:00)
Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi ölkəmizdə həyata keçirilən uğurlu islahatların göstəricisidir.
Vüqar Rəhimzadə: Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi ölkəmizdə aparılan uğurlu islahatların göstəricisidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi ölkəmizdə həyata keçirilən uğurlu islahatların göstəricisidir.

Trend-in məlumatına görə, bunu Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmizin reytinqdə daha iki pilləyə yüksələrək 35-ci yerdə qərarlaşması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir: "Göründüyü kimi, Azərbaycanın sürətli inkişafı təkcə ölkə daxilində deyil, xaricdə də maraqla izlənilir və beynəlxalq hesabatlarda öz əksini tapır”.

O əlavə edib ki, hesabatda bir sıra mühüm məqamlar xüsusi olaraq diqqət çəkir: “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda qeyd edildiyi kimi, ölkəmiz dünya dövlətlərinin hər dördündən üçünü geridə qoyub, həmçinin MDB məkanında öz liderliyini qoruyub. Ən əsası isə G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi dövlətlər belə iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə ölkəmizdən geridə qalırlar. Hesab edirəm ki, bu faktlar son illər Azərbaycan həyata keçirilən uğurlu islahatların göstəricisidir”.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, bu gün Azərbaycan regionun ən güclü dövlətidir: “Hər bir ölkənin gücü onun hərbi potensialı, iqtisadi imkanları, siyasi çəkisi və s. ilə ölçülür. Əminliklə deyə bilərik ki, qlobal layihələrin əsas iştirakçısı və təşəbbüskarı olan Azərbaycan böyük iqtisadi imkanlara malik olmaqla yanaşı, eyni zamanda beynəlxalq aləmdə etibarlı əməkdaş, böyük dövlətlər üçün isə strateji tərəfdaşdır. Ən müasir hərbi texnika və texnologiyalarla təchiz edilmiş Milli Ordumuzun gücü isə ölkəmizin nə qədər böyük hərbi potensiala maik olmasından xəbər verir. “Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda qeyd edilir ki, rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb. Bu göstəricilər, qeyd etdiyim kimi, Azərbaycanın regionun ən güclü dövləti olması faktını bir daha təqdiqləyir”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, son illər ölkəmizdə böyük islahatlar həyata keçirilir: “Sözsüz ki, bu islahatlar həyatın bütün sahələrini əhatə edir. Ancaq iqtisadiyyat sahəsindəki islahatları xüsusilə qeyd etmək lazımdır. Neft-qaz sənayesinin sürətli inkişafı, xüsusilə qeyri-neft sektorunda böyük artımların müşahidə edilməsi möhtərəm Prezidentimizin uğurlu siyasətinin sadəcə bir hissəsidir. Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi, sənaye məhəllələrinin yaradılması, eyni zamanda kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafına göstərilən diqqət və s. Azərbaycanın inkişafına mühüm töhfələrdir. Bu gün dünyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda ölkəmizdə iqtisadi artımın müşahidə edilməsi və bu inkişafın beynəlxalq reytinqlərdə öz əksini tapması dövlətimizin başçısı cənab İlham Əliyevin gələcəyə hesablanmış məqsədyönlü siyasətinin göstəricisidir”.

V.Rəhimzadə onu da bildirib ki, hesabatda ayrı-ayrı sahələr üzrə əksini tapan məqamlar Azərbaycanın artıq inkişaf etmiş ölkələr sırasına yüksəldiyini göstərir: “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda infrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında “istedadların səmərəli istifadəsi” göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Bu göstəriciyə görə ölkəmiz İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqiblərini üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda Azərbaycan rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən kompleks tədbirlər, uğurlu islahatlar Azərbaycanın iqtisadi imkanlarının daha da artmasına, beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti