...

Elman Məmmədov: Azərbaycan Avropa Şurasına üzvlük müddətində mütəmadi olaraq haqsız tələblərlə üzləşib

Siyasət Materials 29 Sentyabr 2017 08:00 (UTC +04:00)
Azərbaycan Avropa Şurasına (AŞ) üzvlük müddətində mütəmadi olaraq bu qurumun haqsız tələbləri ilə üzləşib.
Elman Məmmədov: Azərbaycan Avropa Şurasına üzvlük müddətində mütəmadi olaraq haqsız tələblərlə üzləşib

Bakı. Samir Əli - Trend:

Azərbaycan Avropa Şurasına (AŞ) üzvlük müddətində mütəmadi olaraq bu qurumun haqsız tələbləri ilə üzləşib.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, AŞ müsəlman dövlətlərinə qarşı ikili siyasət yürüdüb: "Azərbaycan müstəqil dövlətdir və REAL hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədov da Azərbaycan vətəndaşıdır. Bu şəxs Azərbaycan qanunlarına əməl etmədiyi üçün qanun çərçivəsində məsuliyyətə cəlb edilib. AŞ, Avropa İnsan Hüquqları Məhkəməsi isə Azərbaycan qanunlarını pozan vətəndaşın azadlığa buraxılmasını tələb edir və Azərbaycanı buna görə AŞ-dən çıxarmaqla hədələyir. AŞ təşkilata üzv olduğumuz illər ərzində Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həllinə hansı yardımı edib? Bu qurum həmin məsələ ilə bağlı işğalçı Ermənistana hansı təzyiqləri edib? Əksinə, bu prosesdə AŞ Ermənistanı müdafiə edir".

E.Məmmədov bildirib ki, Azərbaycan inteqrasiya meyillərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir: "Azərbaycan üzünü Avropaya çevirməklə kifayətlənməməlidir. Azərbaycan Asiya dövlətlərinə də inteqrasiya olunmalı, Şərqlə əlaqələrini genişləndirməlidir. Biz hazırda İslam Əməkdaşlıq Təşkilatının üzvüyük, bundan başqa, Asiya dövlətləri arasında təşkilatlar var. Biz bu təşkilatlarla da əməkdaşlığı genişləndirməliyik. Müsəlman Dövlətləri Birliyi yaradılmalıdır. Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Prezident İlham Əliyev bununla bağlı addımlar atır. Bizim birləşməyimiz, sözümüzün gücünün olması üçün mənə elə gəlir ki, İslam Dövlətlərinin Birliyi yaradılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti