...

Səfir: Azərbaycan və Rusiya rəhbərləri regionlar arasında münasibətlərin inkişafına diqqət ayırır

Siyasət Materials 28 Sentyabr 2017 18:31 (UTC +04:00)
Azərbaycanın və Rusiyanın rəhbərləri regionlar arasında münasibətlərin inkişafına böyük diqqət ayırırlar
Səfir: Azərbaycan və Rusiya rəhbərləri regionlar arasında münasibətlərin inkişafına diqqət ayırır

Stavropol. Elçin Mehdiyev, Azad Həsənli - Trend:

Azərbaycanın və Rusiya rəhbərləri regionlar arasında münasibətlərin inkişafına böyük diqqət ayırırlar.

Trend-in məlumatına görə, bunu Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan regionlararası forumunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O deyib: “Mən VIII regionlararası forumun əhəmiyyətini vurğulamaq istərdim. Moskvada çalışdığım illər ərzində dəfələrlə şahidi olmuşam ki, bizim rəhbərlərimiz – Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev məhz regionlararası əlaqələrin inkişafını müzakirə ediblər. Mən deməliyəm ki, dövlət başçısının simasında Rusiya rəhbərliyi həmişə Azərbaycan və Rusiyanın regionları arasında birbaşa əlaqələrin inkişafını dəstəkləyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti