...

Deputat: Harada erməni varsa, orada separatizm var

Siyasət Materials 3 Oktyabr 2017 16:24 (UTC +04:00)
Kataloniyada baş verən hadisələrdə separatizm təzahürü var və oradakı ermənilər də separatizmə dəstək verdilər, buna isə qətiyyən təəccüblənmirik.
Deputat: Harada erməni varsa, orada separatizm var

Bakı. Elçin Mehdiyev – Trend:

Kataloniyada baş verən hadisələrdə separatizm təzahürü var və oradakı ermənilər də separatizmə dəstək verdilər, buna isə qətiyyən təəccüblənmirik.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, harada erməni varsa, orada separatizm, torpaq iddiaları, parçalanma var:

“Ona görə də dünya artıq erməniləri tanımalıdır, onların xislətindəki naqisliyi, daim zorakılığa əl atmaq, qeyri-demokratik yolla dövlətlərin ümumi prinsiplərini pozmaq, dövlətçiliyə qarşı çıxmaq cəhdlərini bilməlidir. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın ərazisində törətdikləri vəhşiliklərə görə, ermənilər çox ciddi şəkildə cəzalandırılmalıdırlar. Onların davamlı şəkildə həyata keçirdikləri zorakılıqlarla bağlı beynəlxalq hüququn norma və prinsipləri əsasında ölçü götürülməlidir. Ermənilər dərk etməlidirlər ki, dövlətlər qanunlarla idarə olunur, dünyaya sülh və əmin-amanlıq gətirən beynəlxalq normalar, prinsiplər var, onlara əməl etmək lazımdır, yersiz iddialar və tələblərlə ancaq aranı qarışdırmaq, zorakılıq halları törətmək, dövlətlərdə qeyri-stabillik yaratmaq mümkündür. Heç bir dövlət isə buna imkan verməyəcək”.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti