...

AMEA yeni sənəd imzalayıb

Siyasət Materials 1 Noyabr 2017 17:24 (UTC +04:00)
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.
AMEA yeni sənəd imzalayıb

Bakı. İlhamə Isabalayeva - Trend:

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın Rəyasət Heyətinin bugünkü iclasında məlumat verib.

O bildirib ki, respublikada davamlı olaraq həyata keçirilən gənclər siyasətinin əsas məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaqdır. AMEA rəhbəri bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün Prezident İlham Əliyevin 15 sentyabr 2017-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda digər təşkilatlarla bərabər AMEA-nın da qarşısında müvafiq tədbirlərlə bağlı mühüm vəzifələrin qoyulduğunu söyləyib. Akademik AMEA-ya tapşırılmış işlərin icrasının təmin edilməsi üçün Tədbirlər Planının hazırlandığını bildirib.

Məsələ müzakirə edildikdən sonra Rəyasət Heyətinin qərarı ilə AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə Dövlət Proqramının icrası ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan işlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti