...

Sergey Lavrov Azərbaycana səfər edəcək

Siyasət Materials 14 Noyabr 2017 13:19 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək.
Sergey Lavrov Azərbaycana səfər edəcək

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabr tarixində Moskvaya işgüzar səfər edəcək. Səfər əsnasında Moskva şəhərində E.Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub:

"20 noyabr tarixində isə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti