...

Rusiyanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 19 Noyabr 2017 19:25 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana rəsmi səfərə gəlib
Rusiyanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Trend-ə diplomatik mənbə bildirib.

S.Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

Qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.

E.Məmmədyarov aprelin 28-də Rusiyada işgüzar səfərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti