...

Diaspor rəhbərləri Avropa Parlamentinin üzvləri ilə görüşüb (FOTO)

Siyasət Materials 23 Noyabr 2017 16:35 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresinin (AAK) nümayəndə heyəti Avropa Parlamentinin üzvləri ilə görüşüb.
Diaspor rəhbərləri Avropa Parlamentinin üzvləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Avropa Azərbaycanlıları Konqresinin (AAK) nümayəndə heyəti Avropa Parlamentinin üzvləri – Sloveniyadan olan İvo Vayql, latviyalı İveta Qriqule, Rumıniyanı təmsil edən Norika Nikolai ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər bir deputatla Avropa Parlamentinin binasında ayrı-ayrılıqda keçirilən görüşlərdə Azərbaycan həqiqətləri, Avropa İttifaqı ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, bu dövlətlərin ərazisində yaşayan və işləyən soydaşlarımızın vəziyyəti və digər məsələlərə dair müzakirələr aparılıb.

Görüşdə Avropa Parıamentinin deputatlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri, münaqişənin nəticələri, nizamlama prosesindəki mövcud vəziyyətlə bağlı ətraflı məlumat verilib, problemin təkcə Azərbaycanın deyil, bütün bölgənin təhlükəsizliyinə təhdid olduğu vurğulanıb. Avropa Parlamentinin timsalında beynəlxalq qurumları münaqişənin həlli bağlı fəallıq göstərməyə çağıran AAK üzvləri bu istiqamətdə Azərbaycan diaspor təşkilatları ilə Avropa Parlamenti üzvlərinin əməkdaşlıq perspektivlərini də geniş müzakirə edib.

Avropa Parlamentinin nümayəndələri ölkəmizlə, Azərbaycanla diaspor təşkilatları ilə əlaqələrin yaxşılaşdırılmasında maraqlı oldulqarını deyiblər. Azərbaycanın cəlb edildiyi münaqişə ilə bağlı məlumatlı olduqlarını bildirən deputatlar tezliklə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllini tapacağına əminlik ifadə ediblər.

Görüşdə AAK İcraiyyə Komitəsinin üzvləri - AAK prezidenti Sahil Qasımov, AAK-ın vitse prezidenti Rövşən Tağıyev, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Murad, təşkilatın sədr müavini Arzu Oqtay və Sevil Aslanova iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti