...

XİN: Vulkan püskürən Balidə Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Siyasət Materials 27 Noyabr 2017 11:26 (UTC +04:00)
XİN hazırda İndoneziyanın vulkan təhlükəsi yaşanan Bali adasında azərbaycanlı turistlərin olub-olmaması faktını araşdırır.
XİN: Vulkan püskürən Balidə Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hazırda İndoneziyanın vulkan təhlükəsi yaşanan Bali adasında azərbaycanlı turistlərin olub-olmaması faktını araşdırır.

Bunu Trend-ə özəl olaraq XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, adada Aqunq vulkanının püskürməsi təhlükəsi ilə əlaqədar hökumət 100 min sakinin təxliyə edilməsini tövsiyə edib, 40 min isə artıq təxliyə olunub.

Hazırda İndoneziyada təqribən 60 min turistin olduğu bildirilir. Rusiya adada olan 300 vətəndaşının yaxınlıqdakı adalara köçürülməsi barədə qərar qəbul edib.

Ötən gün Balidəki beynəlxalq aeroport da vulkanın havaya kül püskürməsi səbəbindən işini dayandırıb.

Xatırladaq ki, vulkan noyabrın 21-dən aktivləşməyə başlayıb, təxminən 700 metr hündürlüyə kül püskürüb.

Aqunq sonuncu dəfə 1963-cü ildə püskürüb. Həmin vaxt mindən çox insan təbii fəlakətin qurbanı olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti