...

Azərbaycan Prezidenti Ağcabədidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

Siyasət Materials 28 Noyabr 2017 15:53 (UTC +04:00)
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib.
Azərbaycan Prezidenti Ağcabədidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, son dövrlərdə Ağcabədidə abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti