...

Elmar Məmmədyarov Avstriyaya yola düşüb

Siyasət Materials 5 Dekabr 2017 20:21 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb
Elmar Məmmədyarov Avstriyaya yola düşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində E.Mammadyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti