...

ATƏT-in bəyanatı: Münaqişənin həll olunmasında əsas məsuliyyət Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə düşür

Siyasət Materials 7 Dekabr 2017 19:47 (UTC +04:00)
Münaqişənin həll olunmasında əsas məsuliyyət Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə düşür.
ATƏT-in bəyanatı: Münaqişənin həll olunmasında əsas məsuliyyət Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə düşür

Bakı. Trend:

Münaqişənin həll olunmasında əsas məsuliyyət Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə düşür.

Trend-in məlumatına görə, bu ATƏT-in Minsk qrupu həmsədrlərinin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacanın birgə bəyanatında deyilir.

Bəyanatda deyilir ki, Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının əsas prinsiplərinə, güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, kimi prinsiplərə əsaslanan sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında vahid mövqedən çıxış etdiklərini bir daha təsdiq edirlər:

"Biz bir daha bəyan edirik ki, regionda yaşayan xalqlar arasında əsl barışıq əldə etmək üçün yeganə vasitə kimi bu münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqlara sadiqik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti