...

Türkiyə XİN: Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir (YENİLƏNİB)

Siyasət Materials 14 Dekabr 2017 17:29 (UTC +04:00)
Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir
Türkiyə XİN: Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir (YENİLƏNİB)

Bakı. Trend:

Ermənistan Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir.

Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan-Türkiyə protokolları ilə bağlı bəyanatına cavab olaraq bildirib.

Türkiyə XİN-in məlumatında deyilir ki, Ermənistan-Türkiyə protokollarının imzalanması Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını təmin etmək məqsədi daşıyırdı: “Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini dərhal azad etməli və Türkiyəyə “soyqırım”la bağlıı iddialar irəli sürməkdənsə, Xocalıda törədilmiş cinayətlərə görə cavab verməlidir”.

Məlumatda o da qeyd olunur ki, Türkiyə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Ermənistan-Türkiyə protokolları barədə bəyanatını pisləyir, çünki bu cür bəyanatlar bu protokolların əsl məqsədini və məramını təhrif etməyə yönəlib: “Ermənistan-Türkiyə protokolları iki ölkə arasındakı münasibətlərin normallaşması üçün imzalanmışdı, lakin Ermənistanın konstitusiya məhkəməsi 12 yanvar 2010-cu ildə protokolların mətninə ziddi olan bir sıra şərtlər irəli sürdü”.

Məlumatda vurğulanır ki, bundan sonra Ermənistan prezidenti Serj Sarkisyan 22 aprel 2010-cu ildə protokolların dondurulduğunu bəyan etdi.

Xəbər lenti

Xəbər lenti