...

Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidentini təbrik edib

Siyasət Materials 24 Dekabr 2017 10:56 (UTC +04:00)
Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidentini təbrik edib

Bakı. Trend:

Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, uzun ömür, ölkənizin və xalqınızın rifahı naminə bütün niyyətlərinizin və səylərinizin gerçəkləşməsində yeni böyük uğurlar diləyirəm.

Sizin dövlət başçısı vəzifəsində səmərəli fəaliyyətiniz və zəngin siyasi təcrübəniz haqlı olaraq Sizə nəinki Azərbaycanda, onun hüdudlarından uzaqlarda da böyük nüfuz qazandırıb.

Azərbaycan ilə Moldova arasında münasibətlərin dərinləşməsinə, indiki dövrdə əməkdaşlığın və konstruktiv tərəfdaşlığın yüksək səviyyədə olmasına sanballı töhfənizə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm.

Bu baxımdan, mən ölkələrimizin uzunmüddətli maraqlarına tamamilə uyğun olan Moldova-Azərbaycan qarşılıqlı əlaqələrinin bundan sonra da hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm.

Hörmətli İlham Heydər oğlu, Sizi bir daha ürəkdən təbrik edir, yeni uğurlar, xoş günlər və firavanlıq diləyirəm.

Xahiş edirəm, doğmalarınıza və yaxınlarınıza mənim təbriklərimi və ən xoş arzularımı çatdırın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti