...

Qırğızıstan Prezidenti: İlham Əliyevin peşəkarlığı Azərbaycanın daha da firavanlaşmasına şərait yaradacaq

Siyasət Materials 24 Dekabr 2017 11:11 (UTC +04:00)
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qırğızıstan Prezidenti: İlham Əliyevin peşəkarlığı Azərbaycanın daha da firavanlaşmasına şərait yaradacaq

Bakı. Trend:

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Əminəm ki, Sizin peşəkarlığınız və dövlətçilik fəaliyyəti sahəsində zəngin təcrübəniz qardaş Azərbaycanın daha da firavanlaşmasına və onun beynəlxalq nüfuzunun artmasına şərait yaradacaq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti