...

Milli Məclis son iclasına toplaşır

Siyasət Materials 29 Dekabr 2017 08:01 (UTC +04:00)
Bu gün Milli Məclisin 2017-ci ildə son plenar iclası keçiriləcək.
Milli Məclis son iclasına toplaşır

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Məclisin 2017-ci ildə son plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasın əvvəlində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi məsələsinə baxılacaq. Daha sonra "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli Qərarında dəyişikliklər edilməsi müzakirə ediləcək.

İclasda yeni hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan əlavə, iclasda Azərbaycanla bir neçə ölkə arasında sənədlərin təsdiq edilməsi, "Bələdiyyələrin statusu haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Turizm haqqında", "Yol hərəkəti haqqında" və digər qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.

Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti