...

Elmar Məmmədyarovun həmsədrlər və erməni həmkarı ilə görüşünün vaxtı dəqiqləşdi

Siyasət Materials 16 Yanvar 2018 11:53 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə görüşəcək
Elmar Məmmədyarovun həmsədrlər və erməni həmkarı ilə görüşünün vaxtı dəqiqləşdi

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşünün vaxtı dəqiqləşdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 18-də E.Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti