...

Həmsədrlər Azərbaycan və Ermənistanı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırır (YENİLƏNİB)

Siyasət Materials 18 Yanvar 2018 23:53 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanı və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mühüm töhfə kimi etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırır.
Həmsədrlər Azərbaycan və Ermənistanı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırır (YENİLƏNİB)

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanı və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mühüm töhfə kimi etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşün yekunları üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında deyilir.

Həmsədrlər (Endryu Şefer - ABŞ, Stefan Viskonti - Fransa, İqor Popov - Rusiya) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə birgə yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və yanvarın 18-də Azərbaycanın xairici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Bundan əlavə, yanvarın 18-də həmsədrlər hər iki XİN rəhbəri ilə görüşüblər.

Bəyanatda deyilir: "Nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş əvvəlki görüşlərdə əldə olunan razılaşmaların həyata keçirilməsini dəstəkləmək üçün gələcək addımları müzakirə ediblər. XİN rəhbərləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinin tezliklə başa çatdırılması üçün həmsədrlərin yenidən nəzərdən keçirdiyi müvafiq konseptual sənədlə prinsip etibarilə razılaşıblar.

Danışıqlar zamanı tərəflər və həmsədrlər hazırda masada olan iş təkliflərindəki əsas həssas məsələlər üzrə fikir mübadiləsi aparıblar. Həmsədrlər, həmçinin danışıqlar prosesinə mühüm töhfə kimi etibarın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyi qeyd ediblər və həmsədrlər tərəfləri bu müsbət tendensiyanı möhkəmləndirməyə çağırıblar.

Həmsədrlər nazirlərə qiymətləndirmə üzrə missiyanın sonuncu dəfə 2010-cu ildə olduğu münaqişənin təsirinə məruz qalmış ərazilərdə sonrakı fəaliyyəti gələcəkdə müzakirə etmək imkanlarında maraqlı olduqlarını bildiriblər.

Həmsədrlər fevral ayının əvvəlində regiona səfər etməyi planlaşdırırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti