...

Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

Siyasət Materials 20 Yanvar 2018 10:23 (UTC +04:00)
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası hazırlıq işlərinə başlayıb.
Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

Bakı. Elçin Mehdiyev, Samir Əli - Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, artıq bu ilin ilk günlərindən ölkə ərazisində seçici siyahıları dəqiqləşdirilir:

"Yanvar ayının ilk günlərindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb. Yəqin ki, dəqiqləşdirmələr fevralın 5-nə qədər məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq. Dairələrdə müzakirə olunandan sonra MSK-ya məlumatlar göndəriləcək. May ayının axırına qədər biz bu prosesə yekun vurmalıyıq və siyahıları rəsmi sənəd kimi təsdiq edəcəyik".

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti