...

Sərhədçilər 20 Yanvar şəhidlərini yad edib (FOTO)

Siyasət Materials 20 Yanvar 2018 16:00 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətində (DSX) 20 Yanvar faciəsinin 28-ci ildönü­mü­ ilə əlaqədar keçirilən silsilə tədbirlərdə həyatlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhid­lərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sərhədçilər 20 Yanvar şəhidlərini yad edib (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətində (DSX) 20 Yanvar faciəsinin 28-ci ildönü­mü­ ilə əlaqədar keçirilən silsilə tədbirlərdə həyatlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhid­lərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

DSX-nın mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, DSX-nın Aparatında, Sahil Mühafizəsində, DSX Akademiyasında və Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbirlərdə çıxış edənlər xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi tarixə daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməməsi, əksinə milli azadlıq mübarizəsini daha da gücləndirilməsini qeyd ediblər. Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayən­dəliyinə gələrək bəyanat ver­məsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulan­ıb.

Qanlı yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin yalnız Ümummillu Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilib. Ulu Öndər 20 yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, süverenliyi uğrunda həlak olanların xatirə­sinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin güclən­dirilməsi və onlara dövlət qayğısının daha da artırıl­ması məqsədilə mühüm qərarların qəbul olunması barədə tədbir iştirakçlarına ətraflı məlumat verilib.

Tədbirlərdə 20 yanvar faciəsinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti